AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Tokio, 26 may , /AJMEDIA/

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli polşalı ədəbiyyatşünas alim, Byalıstok Universitetinin professoru Marek Koxanovski ilə görüşüb.

Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib.

Akademik İsa Həbibbəyli Azərbaycan-Polşa elmi-ədəbi əlaqələri barədə ətraflı danışaraq bildirib ki, son illərdə hər iki ölkənin ədəbiyyatşünas alimləri arasında geniş təmaslar qurulub. Azərbaycanda Polşa ədəbiyyatı ilə bağlı diqqətəlayiq elmi tədqiqatlar aparıldığını qeyd edən akademiya rəhbəri bu sahədə qarşılıqlı araşdırmaların əhəmiyyətini diqqətə çatdırıb. İki ölkənin elmi qurumları arasında yaranmış əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayan akademik İsa Həbibbəyli birgə tədqiqat layihələrində iştirak, elmi-ədəbi əsərlərin tərcüməsi və kitab nəşri, məqalə mübadiləsi sahəsində möhkəm təməllərin olduğunu deyib. Polşada Azərbaycan ədəbiyyatının, ölkəmizdə isə polyak ədəbiyyatının tədqiqi və təbliği məqsədilə perspektiv imkanların mövcudluğu xüsusi qeyd olunub.

Polşalı ədəbiyyatşünas alim professor Marek Koxanovski AMEA-da yüksək səviyyədə qarşılandığı üçün akademiya rəhbərliyinə minnətdarlığını bildirib, təmsil etdiyi universitet tərəfindən qarşılıqlı elmi-ədəbi əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərildiyini diqqətə çatdırıb.

Polşada Azərbaycan alimlərinin iştirakı ilə birlikdə bir sıra tədbirlərin, eləcə də ortaq layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Görüş zamanı AMEA ilə Byalıstok Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, təkliflər səsləndirilib, müzakirə edilən məsələlər üzrə qarşılıqlı razılıq əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts