AMEA-da “DETMED” layihəsi üzrə növbəti xarici alim təcrübələrə cəlb edilib

Tokio, 5 iyun , /AJMEDIA/

Azərbaycan elmi qurumları tərəfindən icra edilən “DETMED” layihəsi üzrə növbəti xarici alim təcrübələrə cəlb edilibdir.

AJMEDIA xəbər verir ki, alimlərimiz tərəfindən hazırlanan yeni silisium əsaslı fotoelektron gücləndirici strukturlarının tibbi qamma zondlarda tətbiqinin öyrənilməsi məqsədi ilə Avropa Komissiyasının maliyyələşdirdiyi “HORIZON-MSCA-2022-SE-01” çağırışı üzrə təqdim edilən DETMED 101129879 “Tibbi qamma zondu üçün yeni detektor konsepsiyası” adlı layihə 2023 cü ildə qalib elan olunmuşdur. Təqdim edilən layihənin 48 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulubdur. Layihə müddətində beynəlxalq konsorsium tərəfindən yeni fotodiodların istehsalı, onların parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması və sınağı, detektor modulunun hazırlanması və sınağı planlaşdırılmışdır.
Bu layihə üzrə Dortmund Texniki Universitetinin alimi Dr. Elena Shornikova cari ilin may ayının 20-dən 1 ay müddətinə İRİA-nın Nüvə Tədqiqatlar Departamentində, ETN-nin Radiasiya Problemləri İnstitutunda və Strateji Elmi Tədqiqatları Mərkəzində (SETM) birgə tədqiqatlara cəlb edilmişdir. Səfərin məqsədi DETMED layihəsi üzrə hazırlanmış yüksək piksel sıxlığına malik yeni detektorlarının parametrlərinin ölçülməsi, mövcud analoqları ilə müqayisəsi və HORIZON proqramı çərçivəsində növbəti elmi tədqiqat layihələrində tətbiq imkanlarının müəyyən edilməsidir. Bununla yanaşı Dortmund Texniki Universiteti ilə Azərbaycanın elmi tədqiqat qurumlarının yeni əməkdaşlıq imkanları müzakirəsi nəzərdən keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts