Tokio, 28 dekabr , /AJMEDIA/
2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
“Baza ssenari üzrə son proqnozlara görə, 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti 7-8 milyard dolları olmaqla ÜDM-in 9-10 faizi səviyyəsində gözlənilir. 2024-cü ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq”, – deyə bəyanatda bildirilir.