AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Tokio, 15 iyun , /AJMEDIA/

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin vahid dövlətlərarası birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Bugünkü tədbirdə iştirak etməklə biz hamımız türk dövlətlərimiz üçün gələcəyin memarı oluruq.

AJMEDIA xəbər verir ki, bu fikirləri Qazaxıstanın AMANAT Partiyasının İcra katibi Daulet Kəribek “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

TDT-yə üzv ölkələrin hakim partiyalarını ikitərəfli əməkdaşlığı gücləndirməyə dəvət edən D.Kəribek geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda bunun zərurətə çevrildiyini qeyd edib.

“Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda TDT turbulentlikdən sürətlə çıxmaq və itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. TDT-nın dövlət başçılarının müxtəlif istiqamətlərdə türk inteqrasiyasını daim inkişaf etdirmək və möhkəmləndirmək və dərinləşdirmək istiqamətində məqsədyönlü hərəkətdə olmaları vacibdir.

Hazırkı şəraitdə qlobal təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində əsas pay “orta güclərin” üzərinə düşür”, – deyə Qazaxıstan təmsilçisi qeyd edib.

O bildirib ki, Qazaxıstan Respublikasının Prezidenti Sinqapura dövlət səfəri zamanı təqdim etdiyi mühazirədə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqinə dair səyləri nümunə göstərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts