Almaniya indiyədək Ukraynaya 27,8 milyard avro vəsait ayırıb

Tokio, 19 yanvar , /AJMEDIA/

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Almaniya Kiyevə 27,8 milyard avrodan çox yardım göstərib.

AJMEDIA xəbər verir ki, bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. “Müharibənin başlanğıcından bəri Almaniya hökuməti Ukraynaya dəstək üçün 27,8 milyard avrodan çox vəsait ayırıb”, – deyə məlumatda bildirilir.

Kiyevə silah tədarükü üzrə təşəbbüsləri dəstəklədiklərini xatırladan Almaniya XİN, həmçinin Ukrayna ordusunun silahlandırılmasını maliyyələşdirən Avropa Sülh Fondunun ən böyük donoru olduqlarını vurğulayıb. Bu məqsədlər üçün fonddan indiyədək 5,6 milyard avro ayrılıb.

Qeyd edək ki, Almaniya Ukraynaya silah tədarükünə görə ABŞ-dan sonra ikinci yeri tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts