Aktiv ƏDV ödəyicilərinin sayı 6,6 faiz artıb

Tokio, 11 iyun , /AJMEDIA/

İyun ayının 1-nə ölkədə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 738,4 min olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,6 faiz artıb və 42,6 min təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəlinə nisbətən 3,4 faiz artaraq 195,7 minə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts