Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Tokio, 15 iyun , /AJMEDIA/

Türk Dövlətləri Təşkilatı (TDT) ümumi qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir.

AJMEDIA xəbər verir ki, bunu iyunun 15-də Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” beynəlxalq konfransda çıxış edən Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov deyib.

Özbəkistanın TDT-nin bütün üzv dövlətləri ilə strateji tərəfdaşlıq əlaqələri qurduğunu diqqətə çatdıran Aktam Xaitov əlavə edib: “Türk dünyası ölkələrinin qarşısında çox mühüm vəzifələr durur. Bu, ilk növbədə, iqtisadi əlaqələrin gücləndirilməsinə aiddir. Regionumuzun nəqliyyat və tranzit potensialının artırılması strateji əhəmiyyət kəsb edir. Mərkəzi Asiya vasitəsilə Çin, Hindistan və digər Asiya ölkələri də daxil olmaqla əsas dünya bazarlarına, həmçinin Azərbaycan və Türkiyədən Avropa ölkələrinə çıxışın təmin edilməsi vacibdir. Nəqliyyat dəhlizlərinin inkişafı və logistika infrastrukturunun yaradılması, layihələrin birgə həyata keçirilməsi ümumi maraqlarımıza tam cavab verir”.

Aktam Xaitov təəssüflə qeyd edib ki, dünyanın digər yerlərində münaqişələrin və müharibələrin kəskinləşməsi fonunda bu gün Əfqanıstan problemi beynəlxalq ictimaiyyətin diqqətindən daha da uzaqlaşır: “Dinc və sabit Əfqanıstan qlobal təhlükəsizliyə töhfə vermək iqtidarındadır. Belə ki, Trans-Əfqan dəmir yolunun tikintisi Əfqanıstanın bütün qonşuları ilə iqtisadi əməkdaşlıq proseslərinə cəlb olunmasına töhfə verəcək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts