Aksiyanın 19-cu günü: Azərbaycan milləti, qoruyacaq sərvəti

Tokio, 30 dekabr , /AJMEDIA/

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, gənclər və könüllülər tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 19 gündür davam edir.
AJMEDIA xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”, “Azərbaycan milləti, qoruyacaq sərvəti” kimi şüarlar səsləndirirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts