Akademik Musiqili Teatrda konsert – Mən fəxr edirəm ki, azərbaycanlıyam

Tokio, 27 may , /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı konsert olacaq.
15 İyun – Milli Qurtuluş Günündə nəzərdə tutulan konsert Ümummilli Lider Heydər Əliyev 100 illiyinə həsr ediləcək.
Bu barədə AJMEDIA-ya teatrın mətbuat katibi Fəridə Rüstəmova məlumat verib.
Qeyd edilib ki, layihənin rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru sənət ocağının baş rejissoru Cavid İmamverdiyevdir. Eyni zamanda
quruluşçu dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, baletmeyster isə Əməkdar artist Emin Əliyevdir.
Konsertdə Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, ifaçılar Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı çıxışı edəcəklər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək mümkündür.
Kollektiv sifarişlər də qəbul olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts