Akademik Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Tokio, 26 noyabr, /AJMEDIA/

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Filarmoniyadan AJMEDIA-ya bildirilib ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı proqram haqqında dinləyicilərə məlumat verib.

Bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər – Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov, Televiziya Muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts