Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdıra bilməyib

Tokio, 15 dekabr , /AJMEDIA/

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı sanksiyaların doqquzuncu paketi ilə bağlı razılığa gələ bilməyib.
AJMEDIA xəbər verir ki, bu barədə Reuters agentliyi avropalı diplomatlara istinadla məlumat yayıb. Onların sözlərinə görə, Polşanın və bəzi digər ölkələrin hələ də sanksiyalarla əlaqədar etirazları var. Dekabrın 15-də axşam saatlarında Avropa İttifaqı ölkələrinə növbəti sanksiyalar paketi layihəsinin yeni variantının təqdim ediləcəyi gözlənilir.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başladığı fevral ayından indiyədək Avropa İttifaqı Moskvaya qarşı səkkiz sanksiya paketi tətbiq edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts