AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb

Tokio, 11 mart , /AJMEDIA/

Azərbaycan həmkarlar ittifaqları Qarabağ Dirçəliş Fondunun hesabına müxtəlif vaxtlarda ianələr edir. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 2021-ci il 28 yanvar və 11 mart tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 min manat köçürülüb.

Konfederasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya bildirilib ki, Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 2022-ci il 4 mart tarixli qərarı ilə daha 50 min manat vəsait Fondun hesabına köçürülüb.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılıb. Fondun dəstəyi ilə mərkəzləşdirilmiş qaydada görülən işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur yaradılır, müasir şəhər, qəsəbə və kəndlər salınır.

Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni işğalından azad edərək tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts