Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

Tokio, 25 fevral , /AJMEDIA/

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub.

AJMEDIA xəbər verir ki, turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Oğlanlar arasında 49, 55, 61 və 67 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşiblər. Bu çəkilərdə müvafiq olaraq 140 kiloqram (60+80) nəticə ilə Əlimehti Hüseynov, 196 kiloqram (88+108) nəticə ilə Kamran Xappayev, toplam 202 kiloqram (91+111) nəticə ilə Orxan Kərimov və toplam 217 kiloqram (101+116) nəticə ilə Turan Əliyev qızıl medala sahib olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts