Tokio, 25 iyul , /AJMEDIA/
On bir yaşım var. Zəngilanda olmasam da, televiziya və yaxınlarım vasitəsilə ata yurdum haqqında geniş məlumatlar əldə etmişəm.
AJMEDIA xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Ağalıya köçən gənc sakin İbrahim Səmədli söyləyib.
Doğma yurduna getdiyi üçün çox sevincli olduğunu deyən İ.Səmədli bildirib: “Hər zaman haqqında eşitdiyim Zəngilanı bu gün görəcəyəm. İnsanların öz yurduna qayıtmasını görmək bizi Zəngilana köçməyə həvəsimizi daha da artırır”.