Ağ ev İsrail və HƏMAS-ı atəşkəs danışıqlarına qayıtmağa çağırıb

Tokio, 14 avqust, /AJMEDIA/

Ağ ev İsrail və HƏMAS-ı bu həftə Qəzzada keçiriləcək sülh danışıqlarında iştirak etməyə çağırıb.

AJMEDIA-nın məlumatına görə, bu barədə Ağ evin mətbuat katibi Karin Jan Pyer mətbuat konfransında deyib. O bildirib ki, danışıqlar bərpa edilməlidir və atəşkəs regiondakı gərginliyin yumşaldılması üçün ən yaxşı yoldur.

“Biz tam şəkildə irəli getməyi düşünürük. Avqustun 15-də tərəflər danışıqlar masasına qayıdacaq. Bütün tərəflər geri qayıtmalı və razılaşmanı yekunlaşdırmalıdır”, – deyə Ağ evin mətbuat katibi əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts