AFFA rəsmiləri yığmamızın üzvləri ilə görüşüblər

Tokio, 23 mart , /AJMEDIA/

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

AJMEDIA AFFA-nın saytına istinadla xəbər verir ki, assosiasiya rəsmiləri Estoniyaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunu və Belarusa qarşı yoldaşlıq matçında komanda üzvlərinə uğurlar arzulayıb. Görüşdə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Qeyd edək ki, U-21 martın 25-də Estoniya, dörd gün sonra isə Belarus yığması ilə üz-üzə gələcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts