Tokio, 29 oktyabr , /AJMEDIA/
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda “Bərpaolunan enerji mənbələri üzrə investisiyalar” mövzusunda keçirilən konfrans çərçivəsində Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) sədri Davit Narmania ilə görüşüb.
AERA-dan AJMEDIA-ya bildirilib ki, görüş zamanı enerji sahəsində Azərbaycan və Gürcüstan arasında sıx əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, eyni zamanda, AERA və GNERC arasında qarşılıqlı əlaqələrin və təcrübə mübadilələrinin inkişaf etdirilməsi yönündə fikir mübadiləsi aparılıb.