ADY sədri: İyunda Çindən Orta Dəhlizlə 40 blok qatarın göndərilməsi planlaşdırılır

Tokio, 13 iyun , /AJMEDIA/

May ayının 20-21 tarixlərində Azərbaycan Dəmir Yolları nümayəndə heyətinin Çinə səfəri zamanı Orta Dəhliz vasitəsilə daşınan yüklərin artırılması müzakirə olunub.

AJMEDIA xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.

O qeyd edib ki, səfər zamanı Çinin yükdaşıma və liman şirkətləri ilə danışıqlar aparılıb.

“Çindən ölkəmizə yüklər 8 gün yarıma gəlir, Qara dənizə isə 11 günə çatır. May ayında 25 blok qatar göndərilib. Əvvəl Çindən bizim dəhlizlə 10 blok qatar göndərilirdi. İyun ayında isə 40 qatarın göndərilməsi planlaşdırılır. İlin sonuna doğru 250-dən çox blok qatarın göndərilməsi gözlənilir. Bu o deməkdir ki, ay ərzində bizim dəhlizlə 50 civarında qatar gedə bilər”, – deyə R.Rüstəmov bildirib.

ADY sədrinin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ton və yaxud 9,3 faiz çoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts