“Ad günü hədiyyəsi” adlı hekayə təqdim olundu

Tokio, 27 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” davamlı layihə uğurla həyata keçirilir. Layihə çərçivəsində gənc istedadların tanıdılmasına xüsusi önəm verilir. Kitabxananın fəal oxucusu, gənc yazar Tuqay Vəliyev sözügedən layihəyə yeni hekayə təqdim etdi.
“Ad günü hədiyyəsi” adlı hekayədə gənc yazar maraqlı mövzuya toxunur. Hekayədə ailə böyüklərinə hörmət və diqqətdən danışılır. Ad günü olan babaya edilən hədiyyələr və onun sevinci keçmişə bağlılıq, ailə adət-ənənələrinə sadiqlik, böyüyə hörmət hisslərini aşılayır.
Hekayə aşağıdakı keçiddə təqdim olunur:

https://drive.google.com/file/d/1xXqu31FArgfQ6OT_UO-JabIaFCkyx9Qu/view

Follow us on social

Facebook Twitter Youtube

Related Posts