ABŞ və Yaponiya rəsmiləri Rusiyadakı vəziyyəti müzakirə ediblər

Tokio, 25 iyun , /AJMEDIA/

Yaponiyanın Milli Təhlükəsizlik Şurasının katibi Takeo Akiba və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Rusiyadakı vəziyyəti müzakirə eədərək, məsələ ilə bağlı sıx əməkdaşlıq barədə razılığa gəliblər.
AJMEDIA xəbər verir ki, bu barədə iyunun 25-də Kyodo news agentliyi məlumat yayıb.
Məlumata əsasən Yaponiyanın Baş naziri Fumio Kişida Rusiyadakı vəziyətlə bağlı Xarici İşlar Nazirliyinin hesabatını alıb.
“Nikkei” qəzetinin yaydığı məlumata əsasən T.Akiba iyunun 24-də Qlobal Cənub dövlətlərindən olan həmkarları ilə birlikdə qərb ölkələrinin nümayəndələrinin görüşündə iştirak edib. C.Sallivan həmin görüşə onlayn formatda qatılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts