Tokio, 5 yanvar , /AJMEDIA/
ABŞ-nin aviadaşıyıcı zərbə qrupu və üç Filippin hərbi gəmisi yanvarın 3-4-də Cənubi Çin dənizində regionda birgə təlimlər keçirib.
AJMEDIA xəbər verir ki, bu barədə Filippin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Pekin ABŞ-Filippin dəniz qüvvələrinin iki günlük birgə təlimini pisləyərək, bunun regionun “idarə olunmasına” mənfi təsir edəcəyini bildirib.
Vaşinqtonun fikrincə, Amerika hərbi gəmilərinin Cənubi Çin dənizinə səfərləri regionda beynəlxalq hüququn və naviqasiya azadlığının təmin edilməsinə yönəlib.