Tokio, 11 mart , /AJMEDIA/
ABŞ bildirib ki, hətta Ukraynada beynəlxalq konvensiyalara əsasən qadağan olunmuş silahları tətbiq ediləcəyi təqdirdə də ABŞ oraya qoşun göndərməyə və Rusiyaya qarşı müharibə aparmağa hazırlaşmır.
AJMEDIA xəbər verir ki, bunu Ağ evin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib. Onun sözlərinə görə, ABŞ hökuməti ümid edir ki, sanksiyalar sayəsində Rusiya öz kursunu dəyişəcək və Ukraynada münaqişəni dayandıracaq. Lakin bunun nə vaxt baş verəcəyi hələ məlum deyil.
Psaki daha sonra deyib ki, ABŞ “heç kəsi cavabsız qoymayacaq”, Ukraynaya həm hərbi, həm də təhlükəsizlik baxımından yardım diapazonunu genişləndirəcək.