Tokio, 2 oktyabr , /AJMEDIA/
ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyib.
AJMEDIA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “X” sosial şəbəkəsində yazıb.
“ABŞ Ankarada Türkiyə Daxili İşlər Nazirliyinə bu gün baş verən hücumu pisləyir. Yarananların tezliklə sağalmasını arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.
E.Blinken bildirib ki, ABŞ terrorizmin bütün təzahürlərini rədd edir və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəy olduğumu ifadə edir.