ABŞ şirkətləri Qobustan GES üzrə keçirilən hərraca dəvət edilib

Tokio, 24 may , /AJMEDIA/

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev ABŞ-nin Men ştatının senatının üzvü Cil Dyuson, Nümayəndələr Palatasının üzvləri və digər nümayəndələrlə görüşüb.

AJMEDIA xəbər verir ki, BOEMDA-nın direktoru Cavid Abdullayev görüşdə Azərbaycanda bərpa olunan enerji və qlobal iqlim hədəfləri istiqamətlərində görülən tədbirlərdən danışıb. Bildirib ki, xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində yaradılacaq yaşıl enerji gücləri qlobal enerji keçidi və iqlim hədəflərinə töhfə verəcək. Qeyd olunub ki, 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə keçirilən hərraca maraq olduqca böyükdür. Həmçinin ABŞ şirkətləri də bu hərracda iştiraka dəvət edilib.

Görüşdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafına dair məlumat mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts