ABŞ şirkəti: Azərbaycanın COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün imkanlar yaradır

Tokio, 7 iyun , /AJMEDIA/

Rusiya neftinə tətbiq olunan sanksiyalar Azərbaycan üçün geniş imkanlar yaradıb.

AJMEDIA xəbər verir ki, bu sözləri “Atlantic Council” Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiyadan tədarüklər dayandığı üçün diqqət Azərbaycana yönəldiləcək.

“Geosiyasi vəziyyət bizə “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəmərinin genişləndirilməsi imkanlarını göstərdi. Dünyada dəyişən geosiyasi vəziyyət BTC ixrac boru kəmərinin fəaliyyətinə mənfi təsir göstərə bilmir. Orta Dəhlizin mərkəzi elementi kimi Azərbaycanın əhəmiyyətini vurğulamaq vacibdir. Azərbaycanın COP29-a sədrliyi Orta Dəhlizin uğur qazanması üçün imkanlar yaratmaqla yanaşı, bu istiqamətdə yeni texnologiya və yolların araşdırılmasını ön plana çıxarır”, – deyə baş direktor vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts