Tokio, 18 iyun , /AJMEDIA/
ABŞ Prezidenti Cozef Bayden iyunun 17-də Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
AJMEDIA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna müharibəsi və Hind-Sakit okean regionundakı vəziyyəti müzakirə ediblər.
“Prezident NATO müttəfiqlərinin Ukraynanı dəstəklədiyini, o cümlədən Hind-Sakit okean regionunda təhlükəsizliklə bağlı məsələləri alqışladığını bildirib”.
ABŞ Prezidenti və Baş katib müdafiə xərcləri ilə bağlı əhəmiyyətli irəliləyişləri müzakirə ediblər.