Tokio, 30 aprel, /AJMEDIA/
ABŞ Prezidenti Donald Trampın administrasiyası NATO-nun Polşaya 1,3 milyard dollar dəyərində qabaqcıl ortamənzilli raketlərinin satışına icazə verib.
AJMEDIA/ xəbər verir ki, Dövlət Departamenti 400 ədəd AMRAAM raketi və müvafiq avadanlıqların, o cümlədən ehtiyat hissələri, təlimat sistemlərinin satışı, mühəndislik və texniki dəstək barədə Konqresə məlumat verib.
Dövlət Departamenti bildirib ki, bu, NATO müttəfiqinin təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət məqsədlərinə və milli təhlükəsizliyinə xidmət edəcək və Polşanın özünümüdafiə imkanlarına töhfə verəcək.