ABŞ ordusu gələn ilin sonunadək İraqı tərk edəcək

Tokio, 12 Sentyabr, /AJMEDIA/

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

AJMEDIA xəbər verir ki, bu barədə İraq ordusunun birləşmiş qərərgahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib. O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qər qəbul edilib.

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissəlləri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts