Tokio, 2 avqust, /AJMEDIA/
ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.
AJMEDIA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb.
Telefon danışığı zamanı ABŞ-ın təhdidlərə, o cümlədən ballistik raketlərə və pilotsuz təyyarələrə qarşı İsrailin müdafiəsini dəstəkləmək səyləri və sadiqliyi müzakirə olunub. Tərəflər regionda gərginliyin azaldılması üçün davamlı səylərin vacibliyini vurğulayıblar. Telefon danışığına vitse-prezident Kamala Harris də qoşulub.