ABŞ-ın Tampa şəhərində Azərbaycanın Zəfər və Bayraq günləri qeyd edilib

Tokio, 14 noyabr , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, ABŞ-ın Florida ştatının Tampa şəhərində yerləşən Cənubi Florida Universitetində ölkəmizin Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbiri keçirilib.

Cənubi Florida Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif xalqları təmsil edən tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən azərbaycanlı tələbələr xalqımızı və xaricdə yaşayan soydaşlarımızı Zəfər və Bayraq günləri münasibətilə təbrik ediblər.

Tədbir zamanı Azərbaycanın Dövlət Bayrağını tanıtmaq məqsədilə universitetin ərazisində stend qurulub. Мaraqlı və əyləncəli oyunlarda iştirak edən əcnəbi tələbələrə də öz ölkələrinin bayraqlarını tanıtmaq təklif edilib.

“Biz özümüzü tanıdarkən sizi də tanımaq istəyirik!” şüarı ilə keçirilən tədbir əcnəbi tələbələr arasında rezonans doğurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts