ABŞ Hondurasdan sabiq prezidentin həbsini və ekstradisiyasını tələb edir

Tokio, 15 fevral, /AJMEDIA/

ABŞ Hondurasın sabiq prezidenti Juan Orlando Hernandesin həbsi edilməsi və ekstradisiyası ilə bağlı bu ölkəyə sorğu göndərib.

AJMEDIA Associated Press agentliyinə istinadla xəbər verir ki, Hondurasın Xarici İşlər Nazirliyi siyasətçinin həbsi ilə bağlı ABŞ-ın rəsmən sorğu göndərdiyi barədə Ali məhkəməni məlumatlandırıb. Bununla yanaşı, xarici siyasət idarəsi hansı siyasətçidən söhbət getdiyini dəqiq deməyib. Lakin Hondurasın hazırkı dövlət başçısı Salvador Nasralla onun Juan Orlando Hernandes olduğunu təsdiqləyib.

Hondurasın Ali məhkəməsi sabiq prezidentin həbsi və ABŞ-a ekstradisiyası ilə bağlı sorğuya baxacaq hakimi seçmək üçün təcili iclas çağırıb. Həmçinin fevralın 15-nə keçən gecə Hernandesin evinin polislər tərəfindən dövrəyə alındığı deyilir.

Juan Orlando Hernandes 2022-ci il yanvarın 27-də prezident postunu tərk etdikdən sonra Hondurasın Mərkəzi Amerika Parlamentindəki nümayəndəsi təyin olunduğu üçün onun rəsmi toxunulmazlığı var.

Qeyd edək ki, ABŞ prokurorluğu narkotik vasitələrin qanunsuz ticarəti ilə bağlı Hernandesin qardaşına qarşı açılan cinayət işi çərçivəsində sabiq prezidenti təqsirləndirir. O isə ünvanına səsləndirilən bütün ittihamları rədd edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts