ABŞ hərbçiləri qəzaya uğramış F35 təyyarəsini dənizin dibindən qaldırıblar

Tokio, 4 mart , /AJMEDIA/

ABŞ hərbçiləri Cənub Çin dənizində təyyarədaşıyan gəminin göyərtəsinə enərkən qəzaya uğramış F35 təyyarəsini 3800 metr dərinlikdən qaldırıblar.

AJMEDIA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ hərbi-dəniz qüvvələrinin yeddinci donanması məlumat yayıb. Bildirilib ki, martın 3-də dənizin dibindən qaldırılan qırıcıya kanatlar pilotsuz sualtı qayığın köməyi ilə bərkidilib.

Qırıcının yaxınlıqdakı bazaya çatdırılacağı və qəzanın baş verməsi səbəblərinin araşdırılacağı qeyd edilir.

Xatırladaq ki, F35 qırıcı təyyarəsi yanvarın sonlarında növbəti təlimlər zamanı “Carl Vinson” təyyarədaşıyan gəmisinə enərkən dənizə düşüb. Qəza nəticəsində pilot xilas olsa da, gəminin göyərtəsindəki hərbçilərdən bir neçəsi yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts