ABŞ Gürcüstanın sabiq baş prokuroruna qarşı sanksiya tətbiq edib

Tokio, 15 sentyabr , /AJMEDIA/

ABŞ Gürcüstanın sabiq baş prokuroru Otar Partsxaladze də daxil olmaqla, Rusiya ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan mediası Birləşmiş Ştatların Maliyyə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, ABŞ Dövlət Departamenti Otar Partsxaladzeni Gürcüstan cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etmək üçün işləyəni gürcü-rus oliqarxı adlandırıb. Dövlət Departamentinin məlumatına görə, sabiq prokuror Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və bunun qarşılığında RF vətəndaşlığı alıb. Federal Təhlükəsizlik Xidməti Partsxaladze üzərindən Rusiyanın nəfinə gürcü cəmiyyətinə və siyasətinə təsir rıçaqlarından istifadə edib.

Bundan əlavə, Rusiyada yerləşən və səhmlər paketinin 50 faizi Partsxaladzeyə məxsus iki şirkətə də sanksiyalar tətbiq olunub.

Məlumata görə, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstandan olan ümumilikdə 150-dən çox biznesmenə və fiziki şəxsə qarşı sanksiya tətbiq edilib.

Qeyd edək ki, Otar Partsxaladze 2013-cü ilin noyabr-dekabr aylarında Gürcüstanın baş prokuroru olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts