ABŞ “F-16”da ukraynalı pilotlara təlim keçməyə icazə verəcək

Tokio, 17 iyul , /AJMEDIA/

Amerika Birləşmiş Ştatları Avropa ölkələrinə ukraynalı pilotlara “F-16” qırıcılarını idarə etmək üçün təlim keçməyə icazə verəcək.
AJMEDIA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
O qeyd edib ki, ukraynalı pilotlara təlimin keçirilməsi üçün lazım olan resursları hazırlamaq üçün daha bir neçə həftə vaxt lazımdır.
Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq ukraynalı pilotların “F-16” qırıcıları üçün hazırlanması prosesinin tezliklə başlayacağına inandığını bildirmişdi.
“The Financial Times” yazıb ki, 11 Qərb ölkəsindən ibarət qrup avqust ayından etibarən ukraynalı pilotlara “F-16”ı idarə etmək üçün təlimlərə başlayacaq. Təlim Danimarkada başlayacaq, tərəflər isə Rumıniyada uzunmüddətli təlim proqramlarının həyata keçirilməsi üçün mərkəz yaradacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts