ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Tokio, 16 iyun , /AJMEDIA/

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Qurban bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib.

AJMEDIA-nın məlumatına görə, o bildirib ki, bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir. “Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır”, – deyə A.Blinkenin açıqlamasında qeyd olunub.

ABŞ rəsmisi bildirib ki, ölkəsi müsəlman amerikalıların və çoxsaylı müsəlman icmaların daha yaxşı bir dünya qurulmasına verdiyi töhfələrdən xəbərdardır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts