ABŞ-dakı ermənilərin Azərbaycan səfirliyinin qarşısında aksiya keçirmək cəhdi uğursuzluqla nəticələnib

Tokio, 16 sentyabr , /AJMEDIA/

Sentyabrın 15-də ABŞ-dakı ifrat millətçi Amerika ermənilərinin milli komitəsi, erməni gənclər federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirməyə cəhd ediblər.
Lakin aksiya iştirakçıları səfirliyimiz tərəfindən Azərbaycanın Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla “qarşılanıblar”. Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarları özləri belə eşitməkdə çətinlik çəkiblər.
Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatların yazıldığı plakatlar və qondarma “bayraqlarla” səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin onlar bu istəklərinə də nail ola bilmədən, plakatlarını da qoyub ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar.
Azərbaycan səfirliyinin qarşısında üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanıb və Dövlət Himninin sədaları ucadan səsləndirilib. Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts