Tokio, 28 avqust , /AJMEDIA/
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində “Southern Restaurant & Lounge” restoranın yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
AJMEDIA xəbər verir ki, yaxınlıqda olan polis əməkdaşları atəş səslərini eşidib hadisə yerinə gəliblər.
Hazırda şübhəli bilinən şəxs saxlanılmayıb, onun şəxsiyyəti müəyyən edilməyib.