ABŞ administrasiyası pandemiya ilə mübarizə üçün Konqresdən daha 30 milyard dollar istəyəcək

Tokio, 16 fevral, /AJMEDIA/

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası ölkədə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əlavə olaraq 30 milyard dollar ayrılmasına sanksiya verməsi üçün Konqresə müraciət edəcək.

AJMEDIA Associated Press agentliyinə istinadla xəbər verir ki, həmin vəsaitin 17,9 milyard dollarının vaksinlər və müalicələr, 4,9 milyard dollarının testlər, 3 milyard dollarının sığortası olmayan insanların koronavirusdan müalicəsi, 3,7 milyard dollarının isə gələcəkdə virusun mümkün yeni ştamlarına qarşı hazırlıq işləri üçün xərclənməsi planlaşdırılır.

Lakin Konqresin əlavə maliyyə sorğusuna reaksiyasının necə olacağı hələlik bəlli deyil. Respublikaçılar vəsaitin ölkədə virusun yayılması ilə mübarizəyə, xüsusən biznesə yardıma yönəldilməsini, demokratlar isə yoxsul ölkələrdə vaksinasiya ilə bağlı daha çox səy göstərilməsini istəyir.

Qeyd edək ki, ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada birinci yerdədir. Pandemiyanın statistikasını aparan Worldometer portalının fevralın 15-nə olan məlumatına görə, indiyə qədər ölkədə koronavirusa 79 milyon 639 mindən çox insan yoluxub, onlardan 949 min 269 nəfəri həyatını itirib, 50 milyon 565 mindən çox insan isə sağalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts