Abdulla Şahid: Qoşulmama Hərəkatının Gənclər Sammitinin təşkilində Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir

Tokio, 25 iyul , /AJMEDIA/

Qoşulmama Hərəkatının Gənclər Sammitinin təşkilində və gənclərlə bağlı məsələlərin həllində Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir.
AJMEDIA xəbər verir ki, bu sözləri Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasiminin iştirakçılarına ünvanladığı müraciətində BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid deyib.
Abdulla Şahid postpandemiya dövründə dünyanın bərpasında gənclərin fəal iştirakının təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir aktual mövzunun müzakirəsində, qərarvermə prosesində gənclərin iştirakı lazımdır və labüddür.
O bildirib ki, BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub. Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün mədəni mübadilə istiqamətində platforma təklif edir və bu, çox vacibdir
Abdulla Şahid sonda gənclərə səmərəli müzakirələr və fikir mübadiləsi arzulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts