ABBA “musiqi ixracı”na görə mükafat alıb

Tokio, 25 mart , /AJMEDIA/

Əfsanəvi ABBA qrupu İsveç hökuməti tərəfindən mükafatlandırılıb.

AJMEDIA bildirir ki, kollektiv “musiqi ixracı” mükafatına layiq görülüb.

Qeyd olunan mükafat 1997-ci ildən başlayaraq əvvəlki il ərzində İsveç musiqisinin dünyaya çatdırılması və ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına töhfə vermiş sənətçilərə verilir.

“ABBA 50 ildir ki, İsveç musiqisini dünya miqyasında uğurla təmsil edir. Qırx illik fasilədən sonra səhnəyə qayıda bilmək tamamilə unikal və inanılmaz nailiyyətdir”, – deyə xarici ticarət naziri Anna Hallberq bildirib.

Qeyd edək ki, qrupun 40 ildən sonra ilk albomu olan “Voyage” 2021-ci il noyabrın 5-də işıq üzü görüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts