Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

Tokio, 1 iyun, /AJMEDIA/

Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.

AJMEDIA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, – deyə Prezident əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts