Saleh Məmmədov: Hədəfimiz Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında medalçılar sırasında yer almaqdır

Tokio, 3 fevral, /AJMEDIA/

Azərbaycanda ilk həndbol komandası 1955-ci ildə yaradılıb. Həmin vaxt ölkədə qadınlar idmanın bu növü ilə məşğul olmayıblar. Ölkəmizdə görkəmli kişi həndbolçular olublar. Onlar həmişə uğurlar qazanıblar. Bu gün Azərbaycanda 6 kişi və 4 qadın komandası fəaliyyət göstərir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bunu fevralın 3-də yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilən Saleh Məmmədov hesabat-seçki yığıncağından sonra təşkil olunan mətbuat konfransında deyib.

“Azərbaycan həndbolunda ilk qızıl medal mənim federasiyaya rəhbərlik etdiyim dövrdə qazanılıb. Bu uğura 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında nail olmuşuq. Bu il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında da medalçılar sırasına düşmək istərdik”, – deyə AHF prezidenti əlavə edib.

S.Məmmədov Azərbaycan çempionatının mart-aprel aylarında start götürməsinin nəzərdə tutulduğunu deyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts