Tokio, 11 iyul, /AJMEDIA/
Milli Hidrometeorologiya Xidməti iyulun 12-nə gözlənilən hava şəraiti barədə məlumat açıqlayıb.
Xidmətdən AJMEDIA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.