Pentaqon Kiyevə “müdafiə silahları” göndərmək planlarını təsdiqləyib

Tokio, 08 iyul, /AJMEDIA/

ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın göstərişinə əsasən Ukraynaya əlavə “müdafiə silahları” göndərəcək.

AJMEDIA xəbər verir ki, ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bu barədə Ağ evin planlarını şərh edərkən deyib.

“Prezident Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərəcək. Bu, Ukraynada davamlı sülhə nail olmaq üçün çalışdığımız müddət ərzində ukraynalıların özlərini müdafiə edə bilmələri üçün lazımdır”, – deyə Şon Parnell bildirib.

Donald Tramp bundan əvvəl ABŞ-ın Kiyevə “müəyyən qədər silah” göndərəcəyini demişdi. Dövlət başçısının sözlərinə görə, bu, “ilk növbədə, müdafiə” silahları olacaq.

Qeyd edək ki, bir müddət öncə “The New York Times” qəzeti “Patriot” hava hücumundan müdafiə sistemləri üçün sursatların, GMLRS yüksək dəqiqlikli mərmilərin, idarə olunan “Hellfire” raketlərinin, “Stinger” daşına bilən sistemlərinin və bir sıra digər silahların Ukraynaya tədarükünün dayandırılacağını yazmışdı. Ekspertlər bunu ABŞ-ın silah anbarlarında sursat çatışmazlığı ilə bağlı narahatlıqla izah edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts