Tokio, 08 iyul, /AJMEDIA/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biri Azərbaycan Respublikası Prezidentinin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 10 iyun tarixli Sərəncamının icrası barədə olub.
Bu barədə AJMEDIA-ya AMEA-dan məlumat verilib.
İclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, respublikada cərrahlıq elmi məktəbinin banilərindən olan akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. AMEA rəhbəri görkəmli alimin ölkəmizdə kadr hazırlığı işinə də xüsusi diqqət yetirdiyini qeyd edib və onun 130 illiyinin Səhiyyə Nazirliyi ilə birgə yüksək səviyyədə qeyd olunacağını diqqətə çatdırıb.
Rəyasət Heyəti tərəfindən Sərəncamın icrasını təmin etmək, akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi üzrə Tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə komissiya yaradılıb.