Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti

Tokio, 07 iyul, /AJMEDIA/

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, 2009-cu ildən cari ilin aprel ayının sonunadək Azərbaycan dünya bazarlarına 170 milyard kubmetrdən çox təbii qaz ixrac edib.

AJMEDIA Media Təhlil Mərkəzinə istinadla xəbər verir ki, 2009-cu ildə Azərbaycan yalnız Gürcüstana təbii qaz ixrac edirdisə, cari ilin ilk 4 ayında Gürcüstandan əlavə Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və Serbiya kimi ölkələrə təbii qaz ixrac edib.

Bu dövr ərzində ən çox təbii qaz Türkiyəyə ixrac edilib ki, bu həcm 84,57 milyard kubmetr təşkil edir.

İkinci sırada isə 37,93 milyard kubmetr ilə İtaliya yer alır.

Azərbaycan qazını ən ucuz qiymətə alan Gürcüstan isə indiyədək ölkəmizdən 29,66 milyard kubmetr təbii qaz idxal edib.

Qeyd edək ki, Avropa ölkələrindən Yunanıstan 2020-ci ildən, Bolqarıstan və İtaliya isə 2021-ci ildən davamlı olaraq ölkəmizdən təbii qaz idxal edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts