Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur

Tokio, 07 iyul, /AJMEDIA/

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası qurumun mənzil qərargahında davam edir.

AJMEDIA xəbər verir ki, tədbirdə Azərbaycanı Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Dövlət Turizm Agentliyinin, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və ölkəmizin ICOMOS üzrə Milli Komitəsinin nümayəndə heyətləri təmsil edir. Sessiyada Azərbaycanın bəyanatı təqdim olunacaqdır.

Sessiyanın bugünkü plenar iclasında Ümumdünya İrs Komitəsinin 46-cı sessiyasının məruzəçilərinin hesabatları dinləniləcək. 2024-2025-ci illər üçün Ümumdünya İrs Fondunun icrasına dair hesabat, 2026-2027-ci illər üçün Ümumdünya İrs Fondu üçün büdcə təklifi və COM 13 məşvərətçi qurumun yaradılması ilə bağlı 46 Qərara əməl olunması müzakirə olunacaq. Ümumdünya İrs Mərkəzinin fəaliyyəti və Ümumdünya İrs Komitəsinin qərarlarının icrası haqqında hesabatı, 2025-ci il Dünya İrs Gənc Peşəkarlar Forumunun mesajı, eləcə də məsləhətçi orqanların hesabatları təqdim olunacaqdır.

Afrikada Ümumdünya İrs Strategiyası, eləcə də İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlər (SIDS) üçün Dünya İrsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi, SIDS 2023-2029 Əməliyyat Strategiyası müzakirə olunacaqdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts