Qırğızıstan mədəniyyət nazirinin birinci müavini: İƏT-in Gənclər Forumunun Ağdamda keçirilməsi xüsusi məna daşıyır

Tokio, 02 iyul, /AJMEDIA/

“İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun Ağdam şəhərində keçirilməsi xüsusi məna daşıyır. Çünki Qarabağ bölgəsində yerləşən Ağdam şəhəri bərpanın təcəssümüdür, gənclər isə qurub-yaradan, irəliyə aparan bir qüvvədir”.

AJMEDIA xəbər verir ki, bu sözləri jurnalistlərə Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Soyuzbek Nadırbekov iyulun 1-də Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Həftəsi çərçivəsində İƏT-in Gənclər Forumunda deyib.

Onun sözlərinə görə, Qırğızıstan və Azərbaycan bundan sonra da gənclər siyasəti, mədəniyyət və idman sahələrində sıx əməkdaşlıq etmək niyyətindədir.

“Biz hər iki ölkənin gənclərinin qarşılıqlı fəaliyyəti və inkişafı üçün səmərəli platformaya çevriləcək birgə layihələrin gerçəkləşdirilməsini planlaşdırırıq”, – deyə nazir müavini vurğulayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts