Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

Tokio, 26 iyun , /AJMEDIA/

İyunun 26-da paytaxt Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri başlayıb.

AJMEDIA xəbər verir ki, Bakıdakı beş marşrut üzrə yürüşlər saat 12:00-dək davam edəcək.

Bakıda Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti, Nəriman Nərimanov heykəli – Mərkəzi park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə şəxsi heyətin yürüşləri təşkil edilir.

Bununla yanaşı, Gəncə şəhərində Nizami Gəncəvi küçəsi (Bayraq meydanının qarşısı) – Heydər Əliyev küçəsi – Sabir küçəsi – Atatürk küçəsi marşrutu üzrə, Xankəndi və Laçın şəhərlərinin isə mərkəzi küçə və prospektlərində yürüşlər keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts