Şahmat üzrə “Sheki Open” turnirinin açılış mərasimi keçirilib

Tokio, 20 iyun, /AJMEDIA/

Şahmat üzrə “Sheki Open” turnirinin açılış mərasimi keçirilib.

AJMEDIA xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.

Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparırlar. Hər iki qrupda yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.

Yarışın ümumi mükafat fondu 23 450 manat təşkil edir. A qrupunun qalibi 5100 manat, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 manat qazanacaq.

Festival çərçivəsində, həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 2-ci yarışıdır. Turnirə iyunun 24-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts